Bank Of Baku

ABŞ və BƏƏ İsrail-Fələstin münaqişəsini və Yəməndəki vəziyyəti müzakirə ediblər

ABŞ və BƏƏ İsrail-Fələstin münaqişəsini və Yəməndəki vəziyyəti müzakirə ediblər
# 09 aprel 2023 17:10 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan telefonla Fələstin-İsrail münaqişəsini və Yəməndəki vəziyyəti müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə bazar günü Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin birinci müavini Vedanta Patelin yaydığı yazılı bəyanatda deyilir.

“Dövlət katibi Blinken bütün regionda bayram günlərində sakitliyə çağırıb, İsrail və fələstinlilər arasında gərginliyin təcili olaraq azaldılmasının vacibliyini vurğulayıb. Dövlət katibi Blinken də ABŞ-ın iki dövlət əsasında nizamlanma prinsipinə sadiqliyini bir daha təsdiqləyib”, - diplomat bildirib.

Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri həmçinin ikitərəfli və regional məsələləri, o cümlədən Yəməndə sülhün əldə edilməsinə dair ümumi öhdəlikləri müzakirə ediblər.

"Birləşmiş Ştatlar regionun təhlükəsizliyini, sabitliyini və rifahını artırmaq üçün tərəfdaşları ilə sıx məsləhətləşmələri davam etdirəcək", - Patel yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR