ABŞ müdafiə naziri Lloyd Ostin və Böyük Britaniyanın müdafiə naziri Ben Uolles görüşüb.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirlib ki, görüş Ben Uollesin ABŞ-a səfəri çərçivəsində Pentaqonda baş tutub.
Görüşdə tərəflər ABŞ və Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığı, AUKUS (Avstraliya, Böyük Britaniya, ABŞ) üçtərəfli sazişini və Ukraynaya davamlı dəstəyi müzakirə ediblər.