ABŞ və Kanada noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinədək ticarət sazişi imzalaya bilər.
“Reuters”in mənbələrə istinadən yaydığı məlumata görə, razılaşma Kanada poladına və avtomobillərinə tətbiq edilən ABŞ gömrük rüsumlarının azaldılmasını nəzərdə tuta bilər. Saziş çərçivəsində Vaşinqton Ottavadan əlavə güzəştlər gözləyir.
ABŞ prezidenti Donald Tramp oktyabrın 25-də tərəflərin bir neçə ay ərzində razılığa gələ biləcəyini bildirib.
Avqustda ABŞ bəzi Kanada mallarına 50 faizlik rüsum tətbiq edib, Kanada isə cavab tədbirləri görərək ABŞ məhsullarına əlavə rüsumlar tətbiq edib.