Bank Of Baku

ISW: Starlink məhdudiyyətlərindən sonra reaktiv dronların vurulma effektivliyi aşğı düşüb

ISW: Starlink məhdudiyyətlərindən sonra reaktiv dronların vurulma effektivliyi aşğı düşüb
# 26 oktyabr 2026 18:01 (UTC +04:00)

Starlink peyk rabitəsində tətbiq olunan məhdudiyyətlər fonunda Ukrayna hərbçilərinin Rusiyanın reaktiv mühərrikli PUA-larını ələ keçirmə göstəricisi 77%-dən təxminən 74%-ə düşüb.

“UNIAN” xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilib.

ISW-nin təhlilinə əsasən, 14–24 oktyabr tarixlərində Starlink/Starshield sistemində məhdudiyyətlərin müşahidə olunduğu dövrdə Ukrayna qüvvələrinin reaktiv PUA-ları ələ keçirmə göstəricisi təxminən 3 faiz azalıb.

Analitiklər bildiriblər ki, Ukraynanın reaktiv dronlara qarşı mübarizəsində ən effektiv vasitələrdən biri PUA-dan istifadə edən dron-interseptorlardır. Bu sistemlərin yüksək sürətlə hərəkət edən hədəfləri izləyib ələ keçirməsi üçün etibarlı yüksək sürətli peyk rabitəsi tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR