Paşha Bank
Bank Of Baku

Lamin Yamal ardıcıl üçüncü dəfə ilin ən yaxşı gənc futbolçusu seçilib

Lamin Yamal ardıcıl üçüncü dəfə ilin ən yaxşı gənc futbolçusu seçilib
# 27 oktyabr 2026 01:19 (UTC +04:00)

Lamin Yamal üçüncü dəfə ardıcıl “Kopa” mükafatına layiq görülüb.

Apasport.az xəbər verir ki, “Barselona”nın və İspaniya millisinin 19 yaşlı vingeri “France Football” nəşrinin versiyasına görə ilin ən yaxşı gənc futbolçusu seçilib.

Mükafat “Qızıl top”un təqdimetmə mərasimində sahibinə verilib.

Qeyd edək ki, mükafat uğrunda Kərim Alaybqoviç (“Zalsburq”/“Yuventus”, Bosniya və Herseqovina), Ayub Buaddi (“Lill”/“Mançester Siti”, Mərakeş), Pau Kubarsi (“Barselona”, İspaniya), Yan Diomande (“Leypsiq”/“Real”, Kot-d’İvuar), Lennart Karl (“Bavariya”, Almaniya), Eli Cunior Krupi (“Bornmut”), Yoan Manzambi (“Frayburq”/“Aston Villa”, İsveçrə), İbrahim Maza (“Bayer”, Əlcəzair) və Uorren Zair-Emeri (“PSJ”, Fransa) də namizəd göstərilmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR