Bank Of Baku

ABŞ və Meksikada güclü zəlzələ olub

ABŞ və Meksikada güclü zəlzələ olub
# 08 sentyabr 2023 22:27 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında 5 maqnitudalı zəlzələ olub.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri "Fall River Mills" yaşayış massivindən 11,5 km qərbdə olub.

Zəlzələ ocağı yerin 14,8 km dərinliyində yerləşib.

Həmçinin Meksikada da 5,6 maqnitualı zəlzələ olub.

Zəlzələnin episentri təxminən 130 min nəfər əhalisi olan Manzanillo şəhərindən 80 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı yerin 35 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR