Bank Of Baku

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub
# 02 sentyabr 2024 20:20 (UTC +04:00)

ABŞ Dominikan Respublikasında Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub.

APA xəbər verir ki, bu barədə “CNN” mənbələrinə istinadən məlumat yayıb.

Vaşinqton hesab edir ki, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb.

Hava gəmisi bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb.

Təxminən 13 milyon dollar dəyərində olan təyyarə son bir neçə ay ərzində Dominikan Respublikasında olub.

Əməliyyatda ABŞ Ədliyyə Nazirliyinin, Daxili Təhlükəsizlik Nazirliyinin və ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosunun əməkdaşları və onların Dominikan Respublikasındakı həmkarları iştirak ediblər.

“Xarici dövlət başçısının təyyarəsinə həbs qoymaq görünməmiş hadisədir. Biz açıq şəkildə bildirmək istəyirik ki, heç kim qanundan və ya ABŞ sanksiyalarından üstün deyil”, - adı açıqlanmayan mənbə “CNN” televiziyasına bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR