ABŞ Venesuelada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 150 milyon dollar yardım ayıracaq.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, vəsait axtarış-xilasetmə əməliyyatları, hava daşımaları və humanitar yardımın koordinasiyasına yönəldiləcək.