Bank Of Baku

ABŞ Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq istəyir

ABŞ Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq istəyir
# 12 oktyabr 2023 16:09 (UTC +04:00)

ABŞ Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq istəyir.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra deyib.

Blinken Vaşinqtonun diplomatik səylərini davam etdirəcəyini vurğulayıb: "ABŞ diplomatiya yolu ilə Fələstin-İsrail münaqişəsinin bütün Yaxın Şərq regionunda yayılmasının qarşısını almağa çalışır".

Qeyd edək ki, Entoni Blinken İsraildə səfərdədir.

ABŞ dövlət katibinin sabah İordaniyanın paytaxtı Əmmanda Kral II Abdullah və Fələstin lideri Mahmud Abbasla görüşəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR