Ukrayna əks hücumun sonuna qədər F-16 qırıcılarını qəbul etməyəcək.
APA-nın məlumatına görə, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer LBC radiostansiyasına müsahibəsində deyib.
O, cəbhə xəttində mövcud vəziyyətlə əlaqədar yaxın vaxtlarda bu barədə qərarın verilməyəcəyini bildirib.
Bauer qeyd edib ki, ukraynalı pilotların hazırlanması, texniki mütəxəssislərin hazırlanması və təyyarələr üçün logistik təşkilatın təmin edilməsi əks-hücum bitənə qədər mümkün deyil. O, həmçinin etiraf edib ki, üç müdafiə xətti, geniş minalanmış sahələr və maşınlara ciddi maneələr olduğundan Ukrayna hərbçilərinin cəbhə xəttində irəliləməsi çox çətindir.