Bank Of Baku

Ağ Ev: ABŞ hərbçiləri Ukraynadakı döyüş əməliyyatlarında iştirak etmir

Ağ Ev: ABŞ hərbçiləri Ukraynadakı döyüş əməliyyatlarında iştirak etmir
# 29 iyul 2023 01:37 (UTC +04:00)

Heç bir ABŞ hərbçisi Ukraynadakı döyüş əməliyyatlarında iştirak etmir.

APA-nın “Ukrinform“a istinadən verdiyi xəbərə görə, bunu Vaşinqtonda keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib.

“Sizi əmin edə bilərəm ki, onların heç biri döyüş əməliyyatlarında və ya Ukrayna əsgərləri ilə döyüş meydanında iştirak etmir”, - Kirbi bildirib.

O, prezident Co Baydenin ABŞ qoşunlarının Ukraynada müharibə etməyəcəyini açıq şəkildə ifadə etdiyini vurğulayıb.

"Onlar bunu etməyib və etməyəcəklər" - deyə Con Kirbi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR