Bank Of Baku

Ağ Ev: ABŞ-ın Ukraynaya kasetli sursatlar tədarükü müvəqqəti xarakter daşıyır

Ağ Ev: ABŞ-ın Ukraynaya kasetli sursatlar tədarükü müvəqqəti xarakter daşıyır
# 11 iyul 2023 16:19 (UTC +04:00)

ABŞ-ın Ukraynaya kasetli sursatlar tədarük etməsi müvəqqəti xarakter daşıyır.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Prezident Co Baydenin Ukraynaya kasetli sursatlar göndərilməsi qərarı müvəqqəti tədbirdir və bir neçə ay - Ukrayna sursat boşluğunu doldurana qədər davam edəcək. Sallivan əlavə edib ki, ABŞ-ın tədarük etdiyi və digər müttəfiqlərdən əldə edərək Kiyevə göndərdiyi ənənəvi döyüş sursatları ehtiyatları azalır.

O vurğulayıb ki, ABŞ çətin seçim qarşısında qalıb və Ukraynanın sursatsız qalacağı təqdirdə üzləşə biləcəyi mülki itki risklərinin kasetli sursatların yaradacağı mülki risklərindən daha böyük olduğu üçün bu qərarı qəbul edib. Ceyk Sallivan ABŞ-ın Ukraynanı müdafiəsiz qoymağa hazır olmadığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR