Ağ Ev: ABŞ-nin Ukraynaya uzunmüddətli yardım üçün pulu yoxdur

Ağ Ev: ABŞ-nin Ukraynaya uzunmüddətli yardım üçün pulu yoxdur
# 03 oktyabr 2023 00:50 (UTC +04:00)

ABŞ-nin Ukraynaya uzunmüddətli yardım üçün pulu yoxdur.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

"Ağ Evin Ukraynaya hərbi yardım üçün təcili ehtiyacları üçün vəsaiti var, lakin uzunmüddətli dəstək üçün deyil", - deyə Jan-Pyer bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası Kiyevə lazım olan qədər kömək etməkdə qərarlıdır, lakin Konqresdəki respublikaçıların addımları buna kömək etmir:

“Prezident dünən dedi ki, respublikaçıların son hərəkətlərində gördüklərimiz müttəfiqlərimizə və tərəfdaşlarımıza kömək etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR