Baxmut rus silahlı qüvvələrinin ətçəkən maşınına çevrilib.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi mayın 24-də keçirdiyi brifinqdə bildirib.
“Baxmut üzərinə bu hücum əslində Rusiyaya çox baha başa gəldi. Və dediyim kimi, müəyyən bir şəkildə onlar üçün bir ətçəkən maşın oldu" - Ağ Ev nümayəndəsi bildirib.
Kirbi bildirib ki, Vaşinqtonun mayın əvvəlində Baxmutda rus itkiləri ilə bağlı elan etdiyi təxminlər doğrudur. Lakin o vaxtdan bəri ruslar güclərini hər gün daha da itirirlər.