ABŞ administrasiyası Konqres üzvləri ilə birlikdə Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiqləmək üçün işləyir.
APA-nın xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Jan-Pyer əlavə edib ki, Kiyev təkcə Vaşinqtondan deyil, həm də Amerikanın müttəfiqlərindən və tərəfdaşlarından yardım alır.