Bank Of Baku

Ağ Ev: Kremlə dron hücumunun arxasında ABŞ-ın dayanmasına dair iddialar yalandır

Ağ Ev: Kremlə dron hücumunun arxasında ABŞ-ın dayanmasına dair iddialar yalandır
# 04 may 2023 17:05 (UTC +04:00)

Rusiyanın Kremlə dron hücumunun arxasında ABŞ-ın dayanmasına dair iddiaları yalandır.

APA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Körbi MSNBC telekanalının efirində deyib.

O, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovu yalan danışmaqda ittiham edib.

“Biz nə baş verdiyini doğrudan da hələ ki bilmirik, vəziyyəti qiymətləndiririk. Mən bu səhər Dmitri Peskovun Vaşinqtonun bu məsələ ilə əlaqəsinin olmasına dair iddialarını gördüm. Mən sizi əmin edirəm ki, orada ABŞ iştirak etməyib. O hər nə idisə də, bizlə əlaqəli deyil. Peskov sadəcə olaraq bu barədə yalan danışır”, - Körbi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR