Ağ Ev Rusiya Prezidenti Vladimir Putinin Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək niyyətində olduğuna dair əlamətlər görmür.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, həmçinin qeyd edib ki, əgər bu baş verərsə,Amerika Birləşmiş Ştatları nüvə silahının ehtimal olunan hərəkətini izləyəcək.
“Biz sadəcə izləməli və bunun hara getdiyini görməliyik”, - deyə Kirbi bildirib.
Xatırladaq ki, martın 25-də Putin Moskvanın Minsklə Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi barədə razılığa gəlindiyi xəbəri yayılmışdı.
Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətini elan etməsindən bir gün sonra Şimali Atlantika Alyansı Rusiyanı təhlükəli və məsuliyyətsiz nüvə ritorikasına görə tənqid edib.
Ağ EV: Rusiya nüvə silahını Belarusa ötürməyib
27 mart 2023 05:59 (UTC +04:00)
Amerika
Sallivan İsraillə münasibətləri normallaşdırmadan Ər-Riyadla müqavilə bağlamaqdan imtina edir
09:13
5 may 2024
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə edib
08:54
5 may 2024
Sallivan: "ABŞ-nin Ukraynaya yardımı Rusiyaya mane olmayacaq"
05:18
5 may 2024
ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
02:03
5 may 2024