Ağ Ev Sudanda gedən toqquşmalarda ikinci ABŞ vətəndaşının öldüyünü təsdiqləyib.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.
Kirbi bildirib ki, aprelin 25-də ikinci amerikalı Sudanda qanlı toqquşmalarda həyatını itirib.
Ağ Ev rəsmisi əlavə edib ki, Sudanda indi toqquşmalar əhəmiyyətli dərəcədə azalıb və ABŞ Sudanı tərk etmək istəyən az sayda amerikalıya fəal kömək edir.
Qeyd edək ki, aprelin 24-də ABŞ Dövlət Departamenti bir amerikalının Sudanda öldüyü barədə məlumat yaymışdı.