ABŞ prezidenti Co Bayden Tayvana 345 milyon dollara qədər hərbi yardım göstərəcəyini açıqlayıb.
APA-nın məlumatına görə, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.
Bundan əvvəl məlum olub ki, ABŞ Tayvandan istismardan çıxarılan HAWK zenit-raket kompleksini almaq və müdafiə yardımı paketi çərçivəsində Ukraynaya göndərmək niyyətindədir.