Bank Of Baku

Amerikalı aktyor evində boğulub

Amerikalı aktyor evində boğulub
# 29 oktyabr 2023 10:18 (UTC +04:00)

“Dostlar” serialında Çendler Binqa rolu ilə məşhurlaşan aktyor Mettyu Perri 54 yaşında ölüb.

APA-nın TMZ portalına istinadən verdiyi xəbərə görə, aktyor Los-Ancelsdə evində cakkuzidə ölmüş vəziyyətdə tapılıb.

Hadisə yerində narkotik aşkarlanmayıb. Meyitin üzərində zorakılıq əlaməti də yoxdur.

Qeyd edək ki, “Dostlar” serialı ilə bərabər Mettyu Perri “Tələsmə - insanları güldürəcəksən” romantik komediyası, "Dələduzlar", "İkinci tanqo", "Doqquz yard" filmlərində də baş rolda oynayıb.

Aktyor “Qızıl qlobus”, “Emmi” və digər mükafatlara layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR