Bank Of Baku

Amerikalı müğənni Harri Belafonte 96 yaşında vəfat edib

Amerikalı müğənni Harri Belafonte

© APA | Amerikalı müğənni Harri Belafonte

# 25 aprel 2023 18:17 (UTC +04:00)

Amerikalı məşhur müğənni, aktyor, bəstəkar və aktivist Harri Belafonte 96 yaşında vəfat edib

APA “nytimes”ə istinadən xəbər verir ki, onun ölümünə səbəb ürək çatışmazlığı olub.

Harri Belafonte 1956-cı ildə buraxdığı “Calypso” adlı albomu ilə şöhrət qazanıb. Albom 1 milyon nüsxə satılmaqla o dövrün rekord göstəricisinə sahib olub.

Müğənni ötən əsrin 50-ci illəri üçün Trinbagonian Karib musiqi üslubunu beynəlxalq auditoriyaya çıxaran əsas şəxs hesab olunur.

O, həmçinin bir neçə filmdə, o cümlədən “Carmen Jones” (1954), “Island in Sun”(1957) və “Odds Against Tomorrow” kimi (1959) filmlərdə rol alıb.

Harri Belafonte 3 dəfə "Qremmi" mükafatını da qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR