Ağdamda müxtəlif arxeoloji nümunələr aşkarlanıb - FOTO

Ağdamda müxtəlif arxeoloji nümunələr aşkarlanıb - <span style="color: red;">FOTO
# 15 avqust 2015 13:05 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamda eramızdan əvvəl 11-12 yüzilliyə dair arxeoloji materiallar aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Mirəşelli kəndi ərazisində "Palıdılı nekropolu" adlanan qədim məzarlıqda müxtəlif dəfn adətlərini öyrənməyə imkan verən qəbirlər, həmin dövrlərin mədəniyyətini əks etdirən əşyalar üzə çıxıb. Arxeoloji ekspedisiyanın rəhbəri, professor Hidayət Cəfərov APA-ya müsahibəsində deyib ki, "Palıdlı nekropolu"nda artıq 7-ci mövsümdür arxeoloji qazıntılar aparılır və burada Xocalı-Gədəbəy mədəniyyətinə aid çoxlu sayda nümunələr aşkarlanaraq öyrənilib. İndiyədək sözü gedən ərazidən 3000 ilin müxtəlif dəfn adətlərini özündə əks etdirən 33 qəbir tədqiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR