Britaniyanın Azərbaycandakı kredit təşkilatının xalis mənfəəti azalıb

Britaniyanın Azərbaycandakı kredit təşkilatının xalis mənfəəti azalıb
# 29 may 2024 11:55 (UTC +04:00)

“İnkişaf üçün Maliyyə” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “İnkişaf üçün Maliyyə” BOKT-un xalis mənfəəti əvvəlki illə müqayisədə 23.5% azalaraq 813 min manat təşkil edib. 2022-ci ildə təşkilatın xalis mənfəəti 1 milyon 63 min manat təşkil etmişdi.

Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri 6.3% azalaraq 3 milyon 124.3 min manat, mənfəət vergisindən əvvəlki gəlirləri isə 15.8% azalaraq 975.5 min manat təşkil edib.

Ötən il BOKT-un cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 20.2% və ya 1 milyon 897 min manat artaraq 11 milyon 314.1 min manat olub. Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 14.4% artaraq 10 milyon 93 min manat təşkil edib ki, bununla da təşkilatın kredit portfelinin altivlərdəki payı 93.7%-dən 89.2%-ə enib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 37.9% və ya 1 milyon 84 min manat artaraq 3 milyon 944.3 min manata bərabər olub. BOKT-un borc alınmış vəsaitləri isə 2 dəfə artaraq 2 milyon 286.7 min manat təşkil edib.

2024-cü il yanvar ayının 1-nə “İnkişaf üçün Maliyyə” BOKT -un cəmi kapitalı 7 milyon 369.8 min manata bərabər olub ki, bu da illik müqayisədə 12.4% çoxdur.

Qeyd edək ki, təşkilat 1997-ci ildə Böyük Britaniyanın Oksfam beynəlxalq humanitar təşkilatının nəzdində əmanət və kredit layihəsi kimi yaradılıb və 2022-ci il 23 sentyabr tarixində Azərbaycanda dövlət qeydiyyatından keçib. 1 yanvar 2024-cü il tarixinə təşkilatın 11 filialı fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR