Pakistanda təkəri partlayan avtobus aşıb, 28 nəfər ölüb

Pakistanda təkəri partlayan avtobus aşıb, 28 nəfər ölüb
# 29 may 2024 10:19 (UTC +04:00)

Pakistanın Bəlucistan əyalətində avtobus yoldan çıxaraq qəza törədib.

APA “Daily Pakistan”a istinadən xəbər verir ki, nəticədə azı 28 insan həlak olub, 20-yə yaxın insan isə yaralanıb.

Ölənlərin arasında qadın və uşaqlar da var.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb edilib.

Qəzanın baş verməsinə səbəb avtobusunun təkərinin partlaması göstərilib.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR