Bank Of Baku

Argentinada futbol matçından sonra toqquşma olub, polis əməkdaşları xəsarət alıb

Argentinada futbol matçından sonra toqquşma olub, polis əməkdaşları xəsarət alıb
# 30 iyul 2023 06:04 (UTC +04:00)

Argentinanın "Boka Xuniors" və "İndependent" futbol klubları arasında keçirilən oyundan sonra azarkeşlərlə polis arasında toqquşma olub.

APA xəbər verir ki, bu barədə “Clarin”qəzeti məlumat yayıb.

Hadisədə altı polis əməkdaşı xəsarət alıb.

Rəqibinə 0:2 hesabı ilə uduzan “İndependent”in azarkeşləri aqressiv şəkildə narazılıqlarını ifadə etməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və klub rəhbərliyinin nümayəndələrinə daş atmağa başlayıblar.

Polis rezin güllələrlə cavab verib.

Toqquşmada 11 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR