Bank Of Baku

Argentinada prezident seçkilərinin ikinci turu keçiriləcək

Argentinada prezident seçkilərinin ikinci turu keçiriləcək
# 23 oktyabr 2023 13:51 (UTC +04:00)

Argentinada dünən keçirilən prezident seçkilərində qalib müəyyənləşməyib.

APA xəbər verir ki, bu barədə Argentina Milli Seçki Komissiyası məlumat yayıb.

Komissiyadan bildirilib ki, seçkilərin ikinci mərhələsi keçiriləcək.

Dünən keçirilən seçkilərdən sonra hakim “Vətən naminə ittifaq” koalisiyasından namizəd, iqtisadiyyat naziri Serxio Massa 36,6 faiz, Libertariyan Partiyasının üzvü, deputat Xavyer Mayli isə təxminən 30 faiz səs toplayıb.

Argentina qanunlarına əsasən, birinci turda qalib gəlmək üçün namizəd 45 faizdən çox səs toplamalıdır. Namizədin 40 faizdən yuxarı səs toplamaqla qalib elan edilməsi o zaman baş verə bilər ki, ən yaxın rəqibindən ən az 10 faiz səs çoxluğu ilə irəlidə olsun.

Ölkədə prezident seçkilərinin ikinci tur gələn ayın 19-da baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR