Bəzi balıqtutma avadanlıqlarının dövriyyəsi qadağan edilir

Bəzi balıqtutma avadanlıqlarının dövriyyəsi qadağan edilir
# 19 sentyabr 2017 11:34 (UTC +04:00)

Azərbaycanda mülki dövriyyəsi qadağan olan əşyaların siyahısına yeniləri əlavə edilir.

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təklifi ilə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna əlavələr müzakirəyə çıxarılır.

Layihəyə əsasən, diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar və keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatorlardan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar dövriyyəsi qadağan edilən əşyaların sılyahısına əlavə olunur.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR