"Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində yerli ixracatçılara 2 mln. manatadək vəsait ödənilib

"Made in Azerbaijan" brendinin təşviqi çərçivəsində yerli ixracatçılara 2 mln. manatadək vəsait ödənilib
# 16 sentyabr 2017 09:54 (UTC +04:00)

"Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi çərçivəsində Azərbaycan ixracatçılarına 2 mln. manatadək vəsait ödənilib.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

"Bu ilin 8 ayı ərzində Azərbaycanın qeyri-neft ixracı 30% artıb. Kənd təsərrüfatı məhsullarının ixracı sahəsində 37%, sənaye məhsullarının ixracı sahəsində isə 25,4% artım müşahidə olunub. Bununla yanaşı, ixrac olunan məhsulların çeşidi 17% artıb, xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərimizin sayı isə artıq 11 minə çatıb. Gələn aydan etibarən isə Azərbaycan məhsullarının xarici televiziyalarda reklam olunacaq. Təkcə televiziyalarda deyil, həmçinin qəzet, sayt və digər mətbu orqanlarda Azərbaycan məhsullarının təbliğini həyata keçirəcəyik. Bundan başqa, gələn ildən Azərbaycan məhsullarının xarici ölkələrin aeroportlarında olan "Duty Free"lərdə təbliğinə başlanılacaq. Həmçinin "Azərbaycan Hava Yolları" QSC (AZAL) və SOCAR-la aparılan danışıqlar nəticəsində "Made in Azerbaijan" brendi ilə istehsal olunan məhsulların bu şirkətlərin xaricdə olan filiallarında təbliğ olunacaq", - deyə nazir müavini qeyd edib.

Nazir müavini, həmçinin son günlər Rusiyada keçirilən "Worldfood Moscow" sərgisində bədxah qonşularımızın çirkin əməlindən də danışıb: "Sərgi çərçivəsində məlum oldu ki, Ermənistan stendində qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı açılıb və bizim etirazımızdan sonra bayraq o stenddən götürüldü".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR