BDU-da Elmi Tədqiqat Mərkəzi yaradılacaq

BDU-da Elmi Tədqiqat Mərkəzi yaradılacaq
# 06 fevral 2020 17:00 (UTC +04:00)

Bakı Dövlət Universitetin (BDU) nəzdində Elmi Tədqiqat Mərkəzi (ETM) qurulacaq.

Bu barədə "APA-Economics"ə BDU-dan bildirilib.

Universitetdən verilən məlumata görə, ötən illərdə ETM-in Yüksək Texnologiyalar Mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulurdu. Hazırda isə onun təyinatı dəyişdirilib. Mərkəzin yaradılmasına vəsait ayrılıb və tender əsasında inşası davam etdiriləcək.

"Mərkəzdə sırf elmi tədqiqat işləri aparılacaq. Məsələn, universitetin təbiət fakültəsinin elmi tədqiqat laboratoriyalarının bir qismi bu Mərkəzə köçürüləcək. İstisna deyil ki, əldə olunan uğurlu innovativ nəticələr sənayedə tətbiq olunsun", - deyə universitetdən qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR