Zərərçəkmiş şəxsin MTN-nin sabiq idarə rəisinə qarşı şikayəti əsasında məhkəmə başlayıb

Zərərçəkmiş şəxsin MTN-nin sabiq idarə rəisinə qarşı şikayəti əsasında məhkəmə başlayıb
# 01 may 2018 09:50 (UTC +04:00)

Bu gün Səbail Rayon Məhkəməsində zərərçəkmiş şəxs qismində tanınan Mətləb Mustafayevin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi, general-polkovnik Movlan Şıxəliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Nürəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib. Mövlan Şıxəliyev və onun vəkili prosesdə iştirak etməyib.

Hakim deyib ki, cavabdehlərə bildiriş məktubu göndərilsə də, onlar məhkəməyə gəlməyiblər.

Daha sonra Mətləb Mustafayev vəsatətlə çıxış edib. O qeyd edib ki, cavabdeh Mövlan Şıxəliyevin 17 sentyabr 2014-cü il tarixdə MTN-nin inizabit binasında tərk etməsi barədə DTX-ya sorğu göndərilsin. Məhkəmə vəsatəti hazırkı mərhələdə baxılmamış saxlayıb.

Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib.

Qeyd edək ki, M. Mustafayev iddia ərisəzində həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı barəsində ittiham hazırlanıb.

Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edir.

Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində, 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.

O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. İttihama görə, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR