Səhiyyə Nazirliyi: Həkimlər reseptdə dərmanların ticari adla yazılmasını davam etdirir

 Səhiyyə Nazirliyi: Həkimlər reseptdə dərmanların ticari adla yazılmasını davam etdirir
# 03 may 2018 11:00 (UTC +04:00)

"Əksər Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da bioloji aktiv maddələrdən geniş istifadə olunur. Bioloji aktiv maddələr dərman vasitələri deyil".

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Hüquq və Daxili Nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. Onun sözlərinə görə, istehsalçılara bioloji aktiv maddələrin üzərində onların dərman vasitəsi olmadıqları barədə bildirişin qeyd olunması ilə bağlı tələb qoyulub: "Həkimlər bioloji aktiv maddələrin adlarını reseptə əlavə edərsə, onlar barəsində inzibati qaydada məsuliyyət tədbiri görüləcək. Çünki bioloji aktiv maddələr qida əlavəsidir, müalicə məqsədi ilə istifadə olunmur".

Sektor müdiri qeyd edib ki, resept blanklarında dərman vasitələri beynəlxalq patentləşdirilməmiş adı ilə yazılmalıdır: "Lakin ölkəmizdə hələ də reseptlərdə dərmanların adları bu qayda ilə yazılmır, həkimlər tərəfindən resept blanklarında dərmanların ticari adla yazılması davam etdirilir. Apteklər də tələblərə uyğun yazılmayan resept əsasında dərman satmamalıdır. Təəssüf ki, bu gün əczaçılıq şirkətləri həkimlərlə razılaşmalar əldə edirlər. Qeyd etməliyəm ki, əczaçılıq fəaliyyətinin tələblərinə riayət etməyən şəxslər qanuna müvafiq olaraq cərimələnəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR