Rusiyada qızıl şaxtasında uçqunda 2 şaxtaçı ölüb - YENİLƏNİB

Rusiyada qızıl şaxtasında uçqunda 2 şaxtaçı ölüb - <span style="color: red;">YENİLƏNİB
# 23 aprel 2017 11:42 (UTC +04:00)

Bu gün səhər saatlarında Rusiyanın Çelyabinsk vilayətinin Plastovsk rayonunda qızıl hasilatı şaxtasında uçqun nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çelyabinsk vilayət Operativ Xidməti məlumat yayıb.

Xəsarət alan şaxtaçının durumu yaxşıdır, həyatı üçün təhlükə yoxdur.

***

saat 10.04

Bu gün səhər saatlarında Rusiyanın Çelyabinsk vilayətinin Plastovsk rayonunda qızıl hasilatı şaxtasında uçqun olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 163 şaxtaçı evakuasiya edilib, 3 şaxtaçının taleyi məlum deyil.

Uçqun 700 m dərinlikdə baş verib. Hadisə yerində 20 mütəxəssis, yanğınsöndürən-xilasedicilər və təcili yardım briqadası cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR