Prokuror sevdiyi qızın qohumunu qətlə yetirən 22 yaşlı oğlana cəza istəyib

Prokuror sevdiyi qızın qohumunu qətlə yetirən 22 yaşlı oğlana cəza istəyib
# 03 noyabr 2017 08:23 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızın xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən 22 yaşlı İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. O, təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 14-də davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin fevralın 15-də baş verib. İbrahim Sadıqov İslam Hüseynovu bıçaqlayaraq qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.2.2 (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR