Yanvardan neft emalı zavodundan "Şah İsmayıl Xətai" metro stansiyasınadək tunel qazılacaq

Yanvardan neft emalı zavodundan "Şah İsmayıl Xətai" metro stansiyasınadək tunel qazılacaq
# 23 dekabr 2016 09:03 (UTC +04:00)

"Bakının Nobel prospekti boyunca 3 yeni metro stansiyasının tikintisi nəzərdə tutulur ki, bunlardan biri "Ağ şəhər" ərazisinə, digəri isə neft emalı zavodunun qarşısına təsadüf edir". "APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N. Paşayevin sözlərinə görə, şərti adı "Y-15" olan stansiyada hal-hazırda hazırlıq işlərinə başlanılıb: "Orada tunel-qazıntı işlərinin aparılması üçün start kameranın tikintisi tam başa çatıb. Tunelqazma maşının quraşdırılması ilə bağlı işlər tam yekunlaşmaq üzrədir. İşlər qaydasında gedərsə, yanvar ayından etibarən biz "Y-15", yəni neft emalı zavodunun qarşısından "Şah İsmayıl Xətai" metrostansiyası istiqamətinə doğru tunelin qazıntısına başlayacağıq. Daha sonra "Y-15" stansiyasından tikilməkdə olan "Həzi Aslanov-2" stansiyasına doğru tunellərin qazıntısına başlayacağıq. Gələcəkdə "Şah İsmayıl Xətai" stansiyasından "Həzi Aslanov-2" stansiyasına doğru bizim 3 stansiyamız olacaq, tunellərimiz fəaliyyət göstərəcək. "Həzi Aslanov-2" stansiyasından sonra isə Günəşli, Qaraçuxur daxil olmaqla dairəvi qaydada "Dərnəgül" xəttinə birləşdiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR