Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
# 11 noyabr 2016 07:41 (UTC +04:00)

Noyabrın 15-də “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin dövlət istiqrazları üzrə iki hərrac keçiriləcək.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 19 mln. manatdır.

İstiqrazların tədavül müddəti 182 gündür.

İstiqrazların ödəmə müddəti 16 may 2017-ci ildir.

İstiqrazların yerləşdirilməsində anderrayter qismində “Paşa Kapital İŞ” QSC çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR