Kataloniya hakimiyyəti: Referendumda seçici fəallığı 50 faizi ötüb - YENİLƏNİB-2

Kataloniya hakimiyyəti: Referendumda seçici fəallığı 50 faizi ötüb - <span style="color: red;">YENİLƏNİB-2
# 01 oktyabr 2017 15:16 (UTC +04:00)

Kataloniya hakimiyyəti bu gün müstəqilliklə bağlı keçirilən referendumda seçici fəallığı ilə bağlı ilk məlumatı açıqlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Kataloniya hakimiyyəti seçici fəallığının artıq 50 faizi keçdiyini bəyan edib.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

***

saat 11.14

Kataloniyada müstəqilliklə bağlı referendumda səsvermə başlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, məktəblərdə açılan 2300 seçki məntəqəsinin 1300-ü İspaniya polisinin nəzarəti altındadır və bağlanıb.

Buna görə də səsvermə bütün seçki məntəqələrində keçirilmir. Bəzi seçki məntəqələrinə polislə toqquşmalar başlayıb. Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilərlər.

***

saat 10.29

İspaniya polisi Kataloniyanın müstəqilliyi ilə bağlı bu gün keçirilməli olan referendumla əlaqədar səsvermə üçün qoyulan seçki qutularını yığışdırmağa başlayıb.

APA-nın “El Periódico” qəzetinə istinadən verdiyi məlumata görə, referendumla bağlı bütün seçki materialları Barselonada müsadirə edilir.

Bununla belə, polis seçki məntəqəsi kimi istifadə edilməsi nəzərdə tutulan məktəbləri bağlamayıb. Söhbət cümə günündən katalon fəallar tərəfindən zəbt edilmiş məktəblərdən gedir.

Qeyd edək ki, bundan öncə Kataloniya hakimiyyəti səsvermə üçün 2300 məntəqənin açılacağını bəyan edib. İspaniya polisi əyalətdə seçki məntəqəsi kimi istifadə edilməsi nəzərdə tutulan 1300 təhsil müəssisəni bağlayıb. Yalnız 160 məktəb katalon fəallar tərəfindən zəbt edilib. Səsvermənin yerli vaxtla saat 09.00-da başlaması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR