Mikayıl Cabbarov İsrail XİN-in MDB və Asiya ölkələri üzrə iqtisadiyyat direktoru ilə görüşüb

Mikayıl Cabbarov İsrail XİN-in MDB və Asiya ölkələri üzrə iqtisadiyyat direktoru ilə görüşüb
# 05 iyul 2018 10:08 (UTC +04:00)

Vergilər naziri Mikayıl Cabbarov İsrail Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Mixael Lotem ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə Azərbaycan və İsrail arasındakı qarşılıqlı faydalı və çoxşaxəli münasibətlərin qurulduğu, bu münasibətlərin strateji xarakter daşıdığı qeyd olunub.

İki ölkənin rəhbərliyi səviyyəsində keçirilən görüşlərin dövlətlərarası münasibətlərin möhkəmləndirməsinə xidmət etdiyi, iqtisadi əməkdaşlığın miqyasının genişləndiyi, kommunikasiya, təhsil, elm və texnologiya sahələrində iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan-İsrail birgə komissiyasının fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsi çərçivəsində İKT, kənd təsərrüfatı, tibbi texnologiyalar, yeni innovasiyaların tətbiqi, habelə tələbə mübadiləsi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR