Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
# 11 sentyabr 2017 10:11 (UTC +04:00)

Bu gün Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Təhsil naziri Mikayıl Cabbarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, məktəb direktorları, məzunlar və digər qonaqların iştirak etdiyi konfransdan öncə 2016-2017-ci tədris ilində BŞTİ-nin əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub.

Təhsil idarəsinin müdiri Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. O, ötən dərs ili ərzində əldə olunan nailiyyətlərin müqayisəli təhsilini aparıb, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görünmüş işlərə diqqət çəkib: “Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Bakı şəhəri üzrə 1349 vakansiya təqdim edilib. Bu günə qədər 651 nəfər müəllim müvafiq işlət təmin edilib. 275 müəllimin Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində iş yeri dəyişdirilib. Paytaxtın təhsil müəssisələrində çalışan müəllimlərin orta həftəlik dərs yükü 18,8 saat təşkil edir. Ötən tədris ilində 54 müəllim təhsilin inkişafında xüsusi xidmətlərinə görə müxtəlif mükafatlarla təltif olunub”.

Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. Nazir “Ümumi təhsildə keyfiyyət ili” elan edilmiş növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR