Piyadanın ölümünə səbəb olan sürücüyə 6 illik həbs cəzası verilib

Piyadanın ölümünə səbəb olan sürücüyə 6 illik həbs cəzası verilib
# 10 fevral 2017 10:02 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əli Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökm əsasən, Ə. Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Həsənov idarə etdiyi avtomobillə yolu keçən 60 yaşlı piyadanı vurub. Xəstəxanaya yerləşdirilən zərərçəkmiş şəxs 5 gün sonra dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR