"PAŞA Bank"ın İdarə Heyətinə yeni üzv seçilib

"PAŞA Bank"ın İdarə Heyətinə yeni üzv seçilib
# 31 avqust 2015 07:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “PAŞA Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

APA-Economics”in məlumatına görə, Xəyalə Nağıyeva bankın İdarə Heyətinin üzvü vəzifəsinə gətirilib.

Bununla yanaşı, X. Nağıyevaya bankın baş investisiya inzibatçısı vəzifəsi də həvalə olunub.

Bu təyinatla bankın İdarə Heyətinin tam tərkibi formalaşdırılıb.

Xatırladaq ki, bu ilin iyun ayında Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin sədri vəzifəsinə Taleh Kazımov təyin edilib. İdarə Heyətinin sədr müavini vəzifəsi Emil Hacıyevə həvalə olunub.

Bundan başqa, Şirin Əliyeva və Aydın Atakişiyev İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, Ş. Əliyeva baş hüquq inzibatçısı, A. Atakişiyev isə baş strategiya inzibatçısı kimi fəaliyyət göstərəcək. Onların hər ikisi öz yeni vəzifələrinə 22 may 2015-ci il tarixindən etibarən təyin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR