Bank Of Baku

Bayden 1979-cu ildə İrana qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb

Bayden 1979-cu ildə İrana qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb
# 08 noyabr 2023 04:58 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden İrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan qondarma fövqəladə vəziyyətin bir il müddətinə uzadılmasına qərar verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə amerikalı liderin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.

Baydenin vurğulayıb ki, “ABŞ-nin İranla münasibətləri hələ də normallaşdırılmayıb və 19 yanvar 1981-ci il tarixli razılaşmaların icrası prosesi davam edir.

Söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir. Onlar 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR