Bank Of Baku

Bayden Çin Sədri ilə görüşə bilər

Bayden Çin Sədri ilə görüşə bilər
# 06 oktyabr 2023 23:25 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Çin Sədri Si Cinpinlə görüşə biləcəyini bildirib.

APA xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə müsahibəsində bildirib.

O, bu görüşün noyabrda San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində baş tuta biləcəyini bildirib.
"Belə bir görüş hələ təşkil edilməyib. Amma bu mümkündür", - Bayden deyib.

Bu məsələ ilə bağlı ABŞ lideri əlavə şərh verməyib.

Noyabrın 15-17-də San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinin keçirilməsi planlaşdırılır.

Təkbətək görüş baş tutsa, 2022-ci ilin noyabrında İndoneziyada keçiriləcən G20 sammiti çərçivəsindəki danışıqlardan sonra ilk görüş olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR