ABŞ prezidenti Co Bayden şənbə günü Rusiyada casusluq ittihamı ilə həbs edilən "The Wall Street Journal"ın müxbiri Evan Gerşkoviçin qohumları ilə görüşüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Amerika lideri Vaşinqtonda, xüsusən də jurnalistin valideynləri Ella Milman və Mixail Gerşkoviç, həmçinin bacısı Danielle Gerşkoviçlə görüşüb. Aprelin əvvəlində Bayden jurnalistin ailə üzvləri ilə telefonla danışıb.