NATO ərazisinin hər qarışını qorumağa və qarşılaşdığımız bütün çağırışlara cavab verməyə davam edəcəyik.
APA Ağ Evə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydeninin müraciətində deyilir.
O, yeni müttəfiqləri Finlandiyanın üzvlüyü ilə NATO-nun daha da güclənəcəyini bəyan edib.
Bayden qeyd edib ki, Putin Ukraynada müharibəyə başlayanda Avropa və NATO-nu parçalaya biləcəyini düşünürdü:
“O, səhv etdi. Biz bu gün həmişəkindən daha həmrəyik”.