Amerika lideri Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərarını artıq verib və bunu bir qədər tez elan edəcək.
APA-nın məlumatına görə, bunu Bayden Dublində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən artıq bu hesablamaları aparmışam. Biz bunu nisbətən tezliklə elan edəcəyik”, - deyə dövlət başçısı bildirib.
"Mən sizə dedim ki, planım yenidən namizəd olmaqdır" Bayden bildirib.