Bank Of Baku

Bayden: İran ABŞ hərbçilərinə hücum edərsə, cavab veriləcək

Bayden: İran ABŞ hərbçilərinə hücum edərsə, cavab veriləcək
# 26 oktyabr 2023 00:55 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden İranın Yaxın Şərqdəki Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə onlara cavab veriləcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Baydenın İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə məktubunda bildirilib.

ABŞ lideri xəbərdarlıq edib ki, rəsmi Tehran ABŞ ordusuna qarşı reaksiya davam edərsə, Vaşinqton cavab verəcək.

Bayden vurğulayıb ki, ABŞ ordusu Yaxın Şərq regionunda İsrail və Fələstin arasında gərginləşən münaqişəyə görə deyil, terrorçu qruplarla mübarizə üçün orada yerləşdirilib.

Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei yəhudi dövlətinin Qəzza zolağına hücumları fonunda Qərb liderlərinin İsrailə səfərlərini tənqid edib. Onun sözlərinə görə, ABŞ İsrailin bölgədə fələstinlilərə qarşı cinayətlərində müəyyən ortaqlıq daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR