Birləşmiş Ştatlar Ukrayna və İsraili dəstəkləmək üçün vəsait ayırmalıdır ki, bu da amerikalıların gələcək nəsilləri üçün dividendlər gətirəcək.
APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden xalqa videomüraciətində bildirib.
"Biz İsrail və Ukrayna da daxil olmaqla tərəfdaşlarımızı dəstəkləmək üçün vəsait təmin etməliyik. Bu, amerikalıların gələcək nəsilləri üçün investisiyadır", - Bayden deyib.
Onun sözlərinə görə, Konqresə göndəriləcək yardım paketi İsrailin təhlükəsizliyi üçün əhəmiyyətinə görə misilsizdir.
“Mən Konqresdən Ukraynaya silah göndərməyə davam etməyi xahiş edəcəm ki, Ukrayna Putinin vəhşiliyini dayandıra bilsin”, o əlavə edib.