Bank Of Baku

Bayden: İsrailin təhlükəsizliyi ABŞ və dünyanın təhlükəsizliyidir

Bayden: İsrailin təhlükəsizliyi ABŞ və dünyanın təhlükəsizliyidir
# 11 oktyabr 2023 00:10 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları İsrailə əlavə hərbi yardımı artıracaq. Söhbət hava hücumundan müdafiə sistemləri üçün sursat və raketlərdən gedir.

APA-nın “Sky News”a istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə Fələstin-İsrail münaqişəsi ilə bağlı çıxışı zamanı deyib.

Co Bayden deyib ki, bu, "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemləri üçün sursat və raketləri əhatə edəcək.

Konqresdən ABŞ-nin kritik tərəfdaşlarının milli təhlükəsizlik ehtiyaclarını maliyyələşdirmək üçün təcili tədbirlər görməsi istəniləcək.

Bayden deyib: "Mən hər hansı bir dövlətə, istənilən təşkilata, hər hansı bir oyunçuya müraciət edirəm - İsrailə hücum etməyi düşünməyin! İsrail vəhşiliklərə cavab verəcək. Biz İsrailin istənilən müdafiə ehtiyacını təmin edəcəyimizə zəmanət veririk".

Amerika lideri əlavə edib ki, İsrailin təhlükəsizliyi ABŞ-nin və bütün dünyanın təhlükəsizliyidir:

"Burada söhbət partiyalardan və ya siyasətdən getmir.Bu bizim dünyamızın təhlükəsizliyi, ABŞ-nin təhlükəsizliyi ilə bağlıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR