Bayden Konqresdən Kiyevə yardım etmək üçün səlahiyyətlərin artırılmasını istəyib

Bayden Konqresdən Kiyevə yardım etmək üçün səlahiyyətlərin artırılmasını istəyib
# 14 sentyabr 2024 05:45 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya 5,8 milyard dollar məbləğində hərbi yardım göstərmək səlahiyyətinin uzadılması barədə sorğu göndərib.

APA xəbər verir ki, bu barədə “The Hill” öz mənbələrinə istinadən xəbər verir.

“Bayden administrasiyası Konqresdən Ukraynaya silah satışı üçün prezidentin səlahiyyətini 2025-ci ilə qədər uzatmağı xahiş edib ki, sentyabrın 30-dan sonra təxminən 5,8 milyard dollar əldə etsin.”, - deyə məlumatda deyilir.

Nəşrin məlumatı aldığı mənbənin sözlərinə görə, Konqres Kiyevə silah ayırmaq səlahiyyətini uzatmasa, prezident administrasiyası eyni həcmdə Ukraynaya birdəfəlik hərbi yardım paketini elan edə bilər.

Qeyd edək ki, bundan əvvəl də Pentaqonun sözçüsü Patrik Rayder Pentaqonun Ukraynaya yardım üçün ixtiyarında 5,9 milyard dollar olduğunu, lakin istifadə müddətinə az qaldığını demişdi. Onun sözlərinə görə, ABŞ Konqresi gələcək maliyyə ili üçün Pentaqonun səlahiyyətlərini artırmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR