ABŞ Prezidenti Co Bayden Men ştatının qubernatoru Canet Mills, senatorlar Anqus Kinq və Susan Kollinslə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd olunub ki, Bayden Lyuistonda atışma ilə bağlı federal yardım təklif edib.
Xatırladaqki, Men ştatında əyləncə mərkəzində atışma olub.
Hadisə zamanı 22 nəfər ölüb, 60-ı isə yaralanıb.